Rusiya məxsus “İl-76” təyyarələri Ulyanovsk-Vostoçnı aerodromundan Dağlıq Qarabağa xüsusi texnika və sülhməramlı briqadanın mühəndis-istehkamçı bölmələrini göndərir.
Qadin.Net bildirir ki, “RİA Novosti” agentliyi bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, istehkamçılar Dağlıq Qarabağ münaqişəsi zonasında ərazilərin, yolların və obyektlərin minalardan təmizlənməsi tapşırıqlarını yerinə yetirəcəklər.
Partlayıcı maddələrin aşkarlanması və axtarışı prosesində xidməti itlərin istifadəsi də nəzərdə tutulub.