Qadin.NET / Rusiyada ilk dəfə regionlardan birində lokdaun tətbiq edilib

Rusiyada ilk dəfə regionlardan birində lokdaun tətbiq edilib

Rusiyada ilk dəfə regionlardan birində lokdaun tətbiq edilib.
“Kommersant”ın məlumatına görə, söhbət Buryatiya Respublikasından gedir.
İki həftəlik məhdudiyyətə səbəb kimi koronavirusla əlaqədar vəziyyət göstərilib.
Bildirilir ki, alış-veriş mərkəzləri, kafe və restoranlar, eləcə də gözəllik salonları, fitness klubları daxil olmaqla bütün ticarət və ictimai iaşə müəssisələri bağlanır. Məhdudiyyətlər müəssisə və hotel ərazilərindəki iaşə müəssisələrinə, ərzaq mağazalarına, apteklərə, rabitə salonlarına, habelə zəruri malların pərakəndə satış yerlərinə şamil edilmir.
Yerli hökumət bu qərarı dərman və xəstəxanalarda boş yer çatışmazlığı səbəbindən verildiyini bildirib.
İqtisadiyyatı dəstəkləmək üçün müəssisələrə vergi güzəştləri vəd olunub. Həmçinin, məhdudiyyətlərin noyabrın 30-dan sonra uzadılmayacacağı bildirilib.

17 noyabr 2020
GO BACK