Yamac paraşütündə əylənən 91 yaşlı kişi qəzadan sonra sağ qalıb.
Qadin.Net bildirir ki, bu barədə “Daily Mail” xəbər yayıb.
Məlumata görə, yaşlı ekstremal Sidneyin şimal çimərliklərinin yaxınlığında okeana düşüb.
Kişi sahilə qədər üzüb. Şahidlər ona qayalara dırmaşmağa kömək ediblər və təcili yardım çağırıblar.
Hadisə yerinə gələn tibb işçiləri yamac paraşütçüsünün kiçik bədən xəsarətləri aldığını bildiriblər.