Qadin.NET / ŞAD XƏBƏR: Xankəndinə qatarla gedəcəyik - VİDEO

ŞAD XƏBƏR: Xankəndinə qatarla gedəcəyik - VİDEO

"Səbirsizliklə gözlədiyimiz günləri yaşayırıq. Rəşadətli ordumuz ədaləti bərqərar edib. Əminik ki, yaxın gələcəkdə Yevlax-Xankəndi dəmir yolunun işğal altında qalan hissəsi də azad ediləcək və biz sərnişinlərimizi Ağdama, Əsgərana, Xocalıya çatdıra biləcəyik."
Qadin.Net xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC-nin "YouTube" kanalında video paylaşılıb.
Azərbaycan Dəmir Yolları Yevlax-Xankəndi dəmir yolunun Ağdam, Xocalı və Xankəndindən keçən yeni qolunun inşasını müzakirə edir.
Məlumata görə, yeni xəttin uzunluğu 104 km olacaq.
Xəttin Yevlax (final) - Bərdə - Köçərli - Təzəkənd - Ağdam - Əsgəran - Xocalı - Xankəndi (final) stansiyalarından ibarət olacağı ehtimal olunur.

16 noyabr 2020
GO BACK