Qadin.NET / Ermənilər Kəlbəcərdən çıxarkən daşınması mümkün olan hər şeyi aparıblar - VİDEO

Ermənilər Kəlbəcərdən çıxarkən daşınması mümkün olan hər şeyi aparıblar - VİDEO

Saat 22:00 radələrində və daha sonra yüzlərlə avtomobil hələ də Kəlbəcərin yaşayış məntəqələrindən çıxıb.
“Sputnik Ermənistan”ın müxbirləri Kəlbəcər və İrəvan-Xankəndi magistral yolunun kəsişməsində (Vardenis yolu ilə) görüntüləri lentə alıblar.
Qeyd edilir ki, Kəlbəcərdə olan sakinlərə saat 00:00-dan əvvəl ərazini tərk etmələri barədə xəbərdarlıq edilib.
Onlar aparılması mümkün olan hər şeyi - mebel, tikinti materialları, heyvanlar, avtomobillər və başqa şeyləri aparıblar.
Qarabağla əlaqəli bağlanan üçtərəfli müqaviləyə görə, Kəlbəcər rayonu Azərbaycana təhvil verilməli olan rayonlardan birincisidir.

15 noyabr 2020
GO BACK