Qadin.NET / Misirdə ilin ən böyük arxeoloji tapıntısı aşkar edilib

Misirdə ilin ən böyük arxeoloji tapıntısı aşkar edilib

Misirin Qahirə şəhəri yaxınlığındakı Sakkara nekropolunda aparılan qazıntılar zamanı ilin ən böyük arxeoloji tapıntısı aşkar edilib.
Bu barədə “Daily Mail” agentliyi Misirin Turizm və Qədim Abidələr Nazirliyinə istinadən məlumat yayıb.
Söhbət 2500 il əvvəl basdırılmış 100 möhürlü sarkofaqdan və 40-a yaxın qızıl suyuna salınmış heykəldən gedir.
Qeyd olunur ki, qiymətli tarixi əşyalar fironların nekropolunda tapılıb.

Mütəxəssislər tapılan əşyaların Misiri təxminən eramızdan əvvəl 300 il idarə etmiş Ptolemeylər sülaləsinin fironlarına aid olduğunu qeyd edib.

15 noyabr 2020
GO BACK