Tesla şirkətinin rəhbəri İlon Mask eyni gündə 4 koronavirusu (Covid-19) testi etdirdiyini, 2-nin nəticəsinin neqativ, 2-nin isə pozitiv çıxdığını bildirib.
Qadin.Net publika.az -a istinadən xəbər ki, milyarder başına gələn hadisəni sosial şəbəkədə paylaşıb. Covid-19 testlərinin istehsalını “Böyük bir dələduzluq” adlandıran iş adamı “Becton Dickinson” tibbi texnologiya şirkətini saxtakarlıqda ittiham edib. Testlər eyni istehsalçıdan olub və müayinələr eyni tibb bacısı tərəfindən edilib:
“Böyük bir dələduzluq var. Bu gün 4 dəfə Covid-19 testi keçirdim. Test nəticələrimdən 2-si mənfi olduğu halda, digər 2-si müsbət oldu. Eyni cihaz, eyni test, eyni tibb bacısı”.
Şərhlərdə iş adamı başqalarının da başına belə bir hadisə gələ biləcəyi barədə xəbərdarlıq eidb. Xəstə olub-olmadığını anlamaq üçün o, bir neçə laboratoriyada PCR testi verməyə qərar verib. Onun sözlərinə görə, nəticələr bir günə hazır olacaq. Mask soyuqdəymə əlamətlərinin olduğunu və müayinə olunmağa qərar verdiyini bildirib.
Qeyd edək ki, bir çox mütəxəssislər PCR testini koronavirusun aşkarlanmasında ən etibarlı metod adlandırır.