Qadin.NET / İlham Əliyev və Vladimir Putin işğaldan azad olunan bölgələrdəki dini abidələri müzakirə edib

İlham Əliyev və Vladimir Putin işğaldan azad olunan bölgələrdəki dini abidələri müzakirə edib

İlham Əliyev və Vladimir Putin işğaldan azad olunan bölgələrdəki dini abidələri müzakirə edib
Rusiya prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla söhbətində Dağlıq Qarabağla bağlı razılıqların reallaşdırmasının aspektlərini müzakirə edib.
Qadin.Net bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, telefon danışığı zamanı atəşkəsə əməl olunmasından və təmas xəttindəki vəziyyətin sakit olmasından məmnunluq ifadə edilib.
V. Putin İ.Əliyevlə söhbətində üçtərəfli bəyannaməyə uyğun olaraq Azərbaycan Respublikasına qaytarılmış bölgələrdə xristian kilsələrinin və monastırların olduğuna diqqət çəkib. Bu ziyarətgahların təhlükəsizliyinin və normal kilsə fəaliyyətinin təmin edilməsinin vacibliyini vurğulanıb.
Azərbaycan Prezidentinin bununla bağlı məsələnin anlayışla qəbul etdiyini və Azərbaycan tərəfinin məhz bu zəmində hərəkət edəcəyini qeyd edib.

14 noyabr 2020
GO BACK