Ermənilər noyabrın 15-nə kimi Kəlbəcər rayonunu boşaltmaq üçün öhdəlik götürüblər. Artıq rayonun mərkəzi demək olar ki, tamamilə boşaldılıb.
Qadin.Net bildirir ki, RBK bununla bağlı videoreportaj hazırlayıb.
Kadrlar rayonun mərkəzindən çəkilib. Şəhərin demək olar ki, boşaldılıb. Süjetdə həmçinin, polis məntəqəsi də göstərilir.
Jurnalist Aleksandr Atasuntsevin sözlərinə görə, bir az öncə hüquq mühafizəçiləri böyük bir yük maşını ilə mebelləri, seyfləri və sənədləri apardılar. İçəridə isə onların silahlarının qaldığı görünür.
Bundan başqa erməni sakinlərinin gedərkən öz evlərini yandırdıqları barədə kadrlar da reportajda yer alıb