Qadin.NET / Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edildi - YENİLƏNİB

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edildi - YENİLƏNİB

 Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsini icra edən şəxs məlum olub.
Daxili işlər nazirliyindən verilən məlumata görə, BŞBPİ-nin rəisi vəzifənin icrası idarənin əməliyyat işləri üzrə rəis müavini, polis general-mayoru Teymur Hacıyevə tapşırılıb.
13:46
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov vəzifəsindən azad edilib.
Daxili işlər nazirliyindən verilən məlumata görə, bununla bağlı müvafiq əmri nazir, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
V.Eyvazovun digər əmri ilə o, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.
Bu idarənin rəisi, polis general-mayoru Emin Şəkinski 21 oktyabr 2020-ci il tarixində vəfat edib.
Bakı Şəhər Baş Polis İdarəsinə hələlik rəis təyinatı olmayıb.

14 noyabr 2020
GO BACK