Qadin.NET / Təhsil Nazirliyi 2020-2021-ci tədris ili üçün sifarişlər verib

Təhsil Nazirliyi 2020-2021-ci tədris ili üçün sifarişlər verib

Azərbaycan Respublikası Təhsil Nazirliyi 2020-2021-ci tədris ili üçün satınalmalar edib.
Qadin.Net bildirir ki, Oxu.Az-ın dövlət satınalmaları elektron portalından əldə etdiyi məlumata əsasən, Nazirlik elan etdiyi iki açıq tenderə yekun vurub.
Nazirlik ümumi dəyəri 432,5 min manat həcmində metodik vəsait və “Rəqəmsal bacarıqlar” layihəsi üçün iş dəftərləri sifariş verib.
Belə ki, nazirlik 2020-2021-ci tədris ilinə ikinci xarici dil fənni üzrə dərslik və müəllim üçün metodik vəsaitlərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması üzrə “Şərq-Qərb” ASC ilə dəyəri 362 min 275 manat həcmində müqavilə bağlayıb.
“Rəqəmsal bacarıqlar” layihəsi üçün iş dəftərlərinin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması üzrə “Çaşıoğlu Elm-İstehsalat” MMC ilə dəyəri 70 min 176 manat həcmində müqavilə imzalanıb.

14 noyabr 2020
GO BACK