Qadin.NET / “Instagram”a çoxdan gözlənilən funksiya gəlir

“Instagram”a çoxdan gözlənilən funksiya gəlir

“Facebook Messenger” və “Instagram” xidmətlərinin istifadəçiləri öz-özünə məhv olan mesajlar göndərə biləcəklər. Bu, digər mesencerlərdəki oxşar funksiyanı xatırladır, lakin onların fərqli cəhətləri var. Belə ki, “Vanish Mode” rejimində həmsöhbət dialoqdan çıxdıqdan sonra mesaj silinəcək.
Qadin.Net “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə “Facebook” tərtibatçıları məlumat verir.
Bildirilir ki, həmsöhbətin gizli rejimdə çatın ekran görüntüsünü çəkməsi halında isə istifadəçiyə xəbərdarlıq ediləcək.
“Facebook Messenger” artıq çatlar üçün oxşar opsiyanı işə salıb, ancaq bu xidmət hələlik ABŞ-da mövcuddur.

“Instagram”da isə gizli çatlar tezliklə işə düşəcək.

14 noyabr 2020
GO BACK