İngiltərənin “Liverpul” klubunun və Misir millisinin futbolçusu Məhəmməd Salahda koronavirus aşkarlanıb.
Məlumata görə, onun analizi pozitiv çıxıb. Lakin Salahda xəstəliyin simptomları müşahidə olunmur.
Misir millisinin digər üzvlərinin test nəticəsi isə mənfi çıxıb.
Milli noyabrın 14-də Afrika Millətlər Kubokunun seçmə mərhələsində Toqo ilə üz-üzə gəlməlidir.