Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı keçmiş separatçı rejimin başçısı Araik Arutunyan Rusiyanın sülhməramlı qüvvələrinin koordinasiyası ilə Qarabağdakı döyüş əməliyyatları zamanı ölənlərin cəsədlərinin mübadiləsinin başlandığını açıqlayıb.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
“Bu gün əvvəlcədən əldə edilmiş razılaşmalara uyğun olaraq, ölənlərin cəsədlərinin mübadiləsi prosesi başladı. Mübadilə Rusiya Federasiyasının sülhməramlı missiyasının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin koordinasiyası ilə həyata keçirilir”, - deyə A.Arutunyan “Facebook” hesabında yazıb.