Qadin.NET / Argentinanın Baş prokuroru Kamran Əliyevin erməni terrorçuluğu ilə bağlı məktubuna cavab verdi

Argentinanın Baş prokuroru Kamran Əliyevin erməni terrorçuluğu ilə bağlı məktubuna cavab verdi

Argentinanın Baş prokuroru Kamran Əliyevin erməni terrorçuluğu ilə bağlı məktubuna cavab verdi
4 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokuroru Kamran Əliyev Argentina Respublikasının Baş Prokuroru Kasal Eduardo Ezeqielə rəsmi məktub ünvanlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı döyüş əməliyyatlarına və mülki dinc əhalimizə qarşı terror aktlarının törədilməsinə xarici ölkələrdən xeyli sayda muzdlu şəxslərin cəlb edilməsi barədə məlumatlandıraraq həmin terrorçuluq fəaliyyətinin Ermənistanın hərbi-siyasi rəhbərliyi və bir çox ölkədə olan erməni diasporlarının hesabına maliyyəşdirilməsini bildirib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Argentina Respublikasının Baş Prokuroru öz növbəsində 29.10.2020-ci il tarixdə rəsmi cavab məktubu ünvanlamaqla Baş Prokuror Kamran Əliyevə Dağlıq Qarabağ münaqişəsi ətrafında baş vermiş hadisələrlə bağlı məlumatladırılması ilə əlaqədar öz təşəkkürünü bildirərək, münaqişə zamanı mülki şəxslərin həlak olması ilə bağlı öz dərin kədərini ifadə edib.

Qeyd edilib ki, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə Argentina Respublikasının prioritet məsələlərindən biridir və bu sahədə mübarizənin gücləndirilməsi məqsədilə Baş Prokuroluğun tərkibində ixtisaslaşmış qurum - Terrorizmin Hərtərəfli Təhlili Katibliyi (SAİT) yaradılıb.

Argentina Respublikasının Baş Prokuroru, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizəni daim diqqətdə saxlanılmaqla, prokurorluğun bütün fəaliyyət istiqamətləri üzrə sıx əməkdaşlıq və dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduğunu qeyd edib.

13 noyabr 2020
GO BACK