İspaniyanın iki şəhərində turistlər uçan taksi xidmətlərindən istifadə edə biləcək.
“Euro-pulse” bu barədə İspaniyanın “Enaire” hava aeronaviqasiya şirkətinə istinadən xəbər verib.
Aero-taksilərin xidmətindən 2022-ci ildə Barselona və Santiaqo-de-Kompostela şəhərlərində istifadə olunması nəzərdə tutulur.
Hələlik uçan taksilərin xidmətlərindən yalnız əyləncə məqsədi ilə istifadə olunacaq.
Belə ki, mütəxəssislər bu nəqliyyat vasitəsinin ətraf mühitə təsirini qiyməndirməlidirlər.