Qadin.NET / Paşinyan Qarabağla bağlı razılaşmanı imzalamasının səbəbini açıqladı

Paşinyan Qarabağla bağlı razılaşmanı imzalamasının səbəbini açıqladı

Ermənistan Baş naziri Nikol Paşinyan həmyerlilərinə videomüraciətində Qarabağda atəşkəsə dair üçtərəfli razılaşmanı imzalamasının səbəbini açıqlayıb.
Qadin.Net bildirir ki, bu barədə “RİA Novosti” xəbər yayıb.
Onun sözlərinə görə, arxa cəbhədə vəziyyətə təsir göstərə biləcək döyüşə hazır qüvvələrin olmaması səbəbindən belə bir addım atıb.
“Arxa cəbhədə vəziyyətə real təsir edə biləcək döyüşə hazır qüvvələr yox idi. Bu səbəbdən də komandirin hərbçilər naminə həm fiziki, həm də siyasi cəhətdən öz həyatını təhlükəyə atma vaxtı gəlmişdi.
Vətənin, ana yurdu uğrunda heç nəyini əsirgəməyən hərbçilər naminə fədakarlıq göstərməyinin və bu sənədi məhz bu anlayışla imzalamağın vaxtı gəldi”, - deyə baş nazir vurğulayıb.

12 noyabr 2020
GO BACK