Qadin.NET / Peskovdan Qarabağda Türkiyə sülhməramlılarının yerləşdirilməsi məsələsi ilə bağlı AÇIQLAMA

Peskovdan Qarabağda Türkiyə sülhməramlılarının yerləşdirilməsi məsələsi ilə bağlı AÇIQLAMA

 Kreml Qarabağda rusiyalılarla birlikdə türk sülhməramlılarının yerləşdirilməsi ilə bağlı danışıqların aparıla biləcəyini istisna etmir, lakin bu günə qədər bu mövzu müzakirə olunmayıb.
Qadin.Net bildirir ki, “İnterfax” bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun açıqlamasına istinadən məlumat yayıb.
Jurnalistlərlə söhbət əsnasında Peskov Rusiyanın nəzəri olaraq Türkiyə sülhməramlılarının ruslarla birlikdə yerləşdirilməsinə razılıq verməyə hazır olub-olmadığı və bu məsələnin müzakirə edilib-edilmədiyi sualını cavablandırıb:
“Hər zaman müzakirə üçün yer var, amma bu mövzu müzakirə edilməyib”.
O qeyd edib ki, Türkiyə sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi üçün Bakı və İrəvanın razılığı lazımdır.
Eyni zamanda, Kremlin sözçüsü bildirib ki, müxtəlif regional problemlərin həllində Rusiya ilə Türkiyə arasındakı qarşılıqlı təsir effektivliyini göstərib:
“Biz bu qarşılıqlı əlaqəni, qarşılıqlı etimadı və əməkdaşlıq səviyyəsini yüksək qiymətləndiririk”.
“Bilirsinizmi, prezidentimiz türkiyəli həmkarı Prezident Ərdoğanın konstruktiv yanaşmasını da yüksək qiymətləndirir. Onlar çox yaxın və substantiv dialoqa davam edirlər, ancaq təbii ki, bu cür mürəkkəb substansiyalar, deyək ki, türk tərəfdaşlarımızla dialoq zamanı həll etməyi düşündüyümüz yanaşmalardakı nüanslar fikir ayrılığı olmadan ötüşmür”, - Peskov deyib.

12 noyabr 2020
GO BACK