Qadin.NET / Uzun illərdən sonra Şuşada ilk dəfə Azərbaycan radiosu səsləndi - VİDEO

Uzun illərdən sonra Şuşada ilk dəfə Azərbaycan radiosu səsləndi - VİDEO

“ASAN Radio” işğaldan azad olunan Şuşada səslənən ilk Azərbaycan radiosu olub.
Qadin.Net bildirir ki, bu barədə “ASAN Xidmət” məlumat yayıb.
Şuşa şəhəri 28 il sonra 8 noyabr 2020-ci il tarixində işğaldan azad olunub.
Operativ məlumat dalğası - “ASAN Radio” Azərbaycanda 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. Radionu asanradio.az saytından və mobil tətbiqlərdən dinləmək olar.
“ASAN Radio” Prezident İlham Əliyevin tapşırığı ilə 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb.
Elə həmin ilin dekabrın 24-də yayıma başlayıb. Bu il “ASAN Radio”nun fəaliyyətinin beş ili tamam olur.



12 noyabr 2020
GO BACK