Qadin.NET / ÜST-dən qrip peyvəndinin koronavirusa təsiri barədə AÇIQLAMA

ÜST-dən qrip peyvəndinin koronavirusa təsiri barədə AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qripə qarşı peyvəndin insanları COVID-19-dan qoruya bilməyəcəyini deyib.

Qadin.Net bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Hələ COVID-19 üçün bir peyvənd yoxdur (təsirli, təhlükəsiz və ÜST tərəfindən tanınan - red.). Ancaq bir çox potensial dərmanlar araşdırılır və bu ilin sonunda bir neçə böyük klinik sınaq nəticələr verə bilər.

Eyni zamanda, antiviral dərmanlar və qrip peyvəndləri mövcuddur. Qrip peyvəndi COVID-19 virusuna qarşı təsirli olmasa da, qrip infeksiyasının qarşısını almaq üçün hər il tətbiq edilməsi şiddətlə tövsiyə olunur”, - deyə ÜST-dən bildirilib.

Qeyd edilir ki, 47 peyvənd ÜST-ün “namizəd” siyahısına daxil edilib.

12 noyabr 2020
GO BACK