Xəbər verdiyimiz kimi, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər.
“Maskalarınızı çıxarın, xahiş edirəm, havada olar. Vətəndaşlar sizi görsünlər”, - deyə İ.Əliyev qeyd edib.
Prezident görüşü lentə alan operatorlara göstəriş verib ki, yaralı hərbçiləri yaxşı çəksinlər.
Yaralı əsgərlər Ali Baş Komandana döyüşlər barədə danışıblar.