Qadin.NET / ABŞ-da dünyanın ilk vakum qatarı sınaqdan keçirildi

ABŞ-da dünyanın ilk vakum qatarı sınaqdan keçirildi

ABŞ-ın Las-Veqas şəhərində (Nevada ştatı) “Hyperloop” nəqliyyat sistemi kapsulunun sınaqları keçirilib.
“Rosbalt”ın məlumatına görə, kapsulda sərnişinlər də olub.
İki sərnişini olan XP-2 kapsulu son dərəcə aşağı təzyiqin qorunduğu borulardan keçib. Testlər başa çatdıqda tərtibatçılar 28 sərnişin tutumuna qədər vaqonların istehsalını vəd edirlər.
Vakum qatar “DevLoop” sınaq sahəsindəki 500 metrlik boru bölməsi boyunca saatda 172 km sürətlə hərəkət edib. O, nəzəri olaraq saatda 390 km-ə qədər sürətlənməyə qadirdir və gələcəkdə bu sürətin 1,2 min kilometrə çatdırılması planlaşdırılır.
Daha kiçik prototipin bu növ səyahətin təhlükəsizliyini nümayiş etdirmək üçün hazırlandığı qeyd olunur.

11 noyabr 2020
GO BACK