Qadin.NET / Rayan Reynolds 300 kimsəsiz uşağı qış geyimi ilə təmin etdi

Rayan Reynolds 300 kimsəsiz uşağı qış geyimi ilə təmin etdi

Daha çox “Dedpull” filmi ilə tanınan məşhur kanadalı aktyor Rayan Reynolds 300 kimsəsiz uşağı qış geyimi ilə təmin edib.
Qadin.Net bildirir ki, bu barədə “Star News” xəbər yayıb.
Bildirilir ki, sözügedən uşaqlar Kanadanın şimalında Arktik-Bey şəhərində internatda yaşayırlar. Bu ərazilərdə qış vaxtı havanın temperaturu bəzən mənfi 40 dərəcəyə qədər düşür.
Soyuqlara baxmayaraq, məktəb direktoru uşaqların isti geyimlərinin olmadığını etiraf edib. Buna görə, o, müğənni Beki Hana müraciət edib. O da öz növbəsində sosial şəbəkədən izləyicilərinə müraciət edərək, hər kəsdən kömək etməsini istəyib.
R.Reynolds xəbəri alan kimi fəaliyyətə keçib və cəmi bir həftə ərzində uşaqlar isti gödəkçələr, papaqlar, şalvarlar və əlcəklərlə təmin olunublar.

11 noyabr 2020
GO BACK