Hindistanda gəlin və bəy toydan əvvəl fotosessiya zamanı boğulub.
“Kaumudi Online” yazır ki, aşiq cütlük “Titanik” filmindən Keyt Vinslet və Leonardo DiKaprio kimi romantik kadrlar çəkmək üçün fotoqrafla birlikdə qayıqda səyahətə çıxıblar.
Ancaq toy öncəsi gəzinti faciə ilə nəticələnib. Güclü su axını səbəbindən idarəetmə itib və qayıq aşıb. 28 yaşlı bəy və 20 yaşlı gəlin yaxınlarının gözü qarşısında Kaveri çayında boğulublar. Avarçəkən xilas ola bilib.
Yerli polis hadisə ilə əlaqədar araşdırma başladıb.