“Disney” Milad bayramı üçün yeni animasiya reklamı ilə böyük maraq qazanıb.
Qadin.Net bildirir ki, bu barədə “Daily Mail” xəbər yayıb.
Bildirilir ki, üç dəqiqəlik animasiya filmində iki yeni personaj - Lola nənə və nəvəsi təqdim olunub.
Süjetə görə Milad bayramı münasibəti ilə nəvə nənəsinə Mikki Maus oyuncağını verir. Bu oyuncaq vaxtilə nənəsinə atası tərəfindən hədiyyə edilibmiş.
Ənənə, ailə birliyi və nostalgiyanın mövzu olduğu səmimi süjet hər kəs tərəfindən maraqla qarşılanıb.
Qeyd edilir ki, “From Our Family To Yours” adlı reklamda “Disney”in “Make-A-Wish” xeyriyyə təşkilatı ilə 40 illik əməkdaşlığı vurğulanıb.