Rusiya müdafiə naziri Sergey Şoyqu ilə türkiyəli həmkarı Hulusi Akar arasında telefon danışığı baş tutub.
Bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya və Türkiyənin müdafiə idarələrinin rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər.
Bundan başqa, tərəflər Suriyadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.