Qadin.NET / Rusiyada sərnişin avtobusu atəşə tutuldu

Rusiyada sərnişin avtobusu atəşə tutuldu

Rusiyanın Çelyabinsk vilayətində sərnişinlə dolu avtobus atəşə tutulub.
Qadin.Net Vesti.az-a istinadən xəbər verir ki, atəş pnevmatik silahdan açılıb.
Hadisə Traktorozavodski rayonunda baş verib. Yerli sakinlər axşam saatlarında avtobusda getdikləri zaman birdən atəş səsləri eşidilib və şüşə qırıntıları insanların üzərinə düşüb.
Sərnişinlər naməlum şəxslərin mikroavtobusa silah atdığını iddia ediblər. Xoşbəxtlikdən heç kim zərər görməyib, amma hamı şok vəziyyətindədir.
Nəqliyyat vasitəsinin pəncərələri qırılıb, təkərləri zədələnib.
Hadisənin sürücülər arasında münaqişə zəminində baş verdiyi təxmin edilir.

10 noyabr 2020
GO BACK