Rusiyanın Moskva şəhərində COVID-19-la əlaqədar məhdudiyyətlər iki aylıq sərtləşdirilib.
Qadin.Net “İnterfax”-a istinadən xəbər verir ki, bu barədə şəhər meri Sergey Sobyaninin açıqlamasına istinadla məlumat yayıb.
Bildirilir ki, tamaşaçıların iştirakı ilə tədbirlərə müvəqqəti qadağa qoyulub.
Sobyanin dünən Moskvada 6 897- anti-rekord yoluxma müəyyən edildiyini xatırladaraq, vəziyyətin daha da pisləşəcəyi barədə xəbərdarlıq edib.
Məhdudiyyətlər 13 noyabr – 2021-ci ilin 15 yanvar tarixləri müddətinə tətbiq edilib.
Moskvada son bir gündə koronavirusa 5 902 yeni yoluxma təsdiqlənib, 1 522 COVID-19 xəstəsi xəstəxanaya yerləşdirilib, 381 xəstə Moskva xəstəxanalarında süni tənəffüs aparatlarına qoşulublar.
Qeyd edək ki, Rusiya 1 817 109 yoluxma ilə ölkələr arasında dördüncüdür.