Qadin.NET / Hulusi Akardan Azərbaycana qələbə təbriki

Hulusi Akardan Azərbaycana qələbə təbriki

30 ilə yaxındır işğal altında olan torpaqlarını geri almaq, Ermənistanın barbar hücumlarına son qoymaq üçün ədalətli mübarizə aparan və bu mübarizəni üzü ağ bitirən azərbaycanlı qardaşlarımızın qələbəsini təbrik edirik
Qadin.Net-in məlumatına görə, Türkiyə Müdafiə Naziri Hulusi Akar Qarabağda qələbə münasibəti ilə sosial şəbəkə üzərindən yaydığı paylaşımında belə yazıb.
“İmzalanmış atəşkəs müqaviləsindəki şərtlərin yerinə yetirilməsi, işğal olunmuş bütün torpaqların Azərbaycana qaytarılması, bölgədə sülh və əmin-amanlığın bərpası prosesində canlı azərbaycanlı qardaşlarımızla bir olmağa davam edəcəyik”, -deyə o, əlavə edib.

10 noyabr 2020
GO BACK