Qadin.NET / Türkiyə Qarabağda atəşkəsə nəzarətdə iştirakını elan etdi

Türkiyə Qarabağda atəşkəsə nəzarətdə iştirakını elan etdi

 Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu qırğızıstanlı həmkarı Ruslan Kazakbaev ilə mətbuat konfransında Azərbaycanın Qarabağ qələbəsinə də toxunub.

Bu barədə “Hürriyyət” xəbər yayıb.

O hər dəfə atəşkəs rejimini pozan və müharibəni istəyən tərəfin Ermənistan olduğunu vurğulayaraq, İrəvanın bunun əvəzini ağır ödədiyini deyib:

“Paşinyan sonunda təslim olmaq məcburiyyətində qaldı. Müharibəni başladan tərəf Ermənistandır. Azərbaycan hər zaman atəşkəs tərəfdarı olduğunu göstərdi. Hər səfərində atəşkəsi pozan, müharibə istəyən Ermənistan oldu. Bunun əvəzini də ağır ödədi”, - deyə o bildirib.

Nazir dünən gecə üç ölkə arasında atəşkəs imzanlandığını deyərək, buna necə nəzarət ediləcəyi barədə təfərrüatların müzakirə olunduğunu deyib:

“Məsələ ilə bağlı müzakirələrimiz davam edir. Bundan sonra prosesi birlikdə aparacağıq. Xeyirli olsun. Bu, bir dərs olsun”, - deyə XİN rəhbəri əlavə edib.

O, həmçinin daim Azərbaycanın yanında olacaqlarını vurğulayıb.

10 noyabr 2020
GO BACK