Qadin.NET / Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub

Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub

 Cari ilin 10 noyabr tarixində Azərbaycan tərəfinin təşəbbüsü ilə Xarici İşlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazir Ceyhun Bayramov Rusiya Federasiyasının təşəbbüsü ilə 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın əhəmiyyətini vurğulayıb və bu sənədin uzun illərdir ki, davam edən münaqişənin həllində yeni mərhələni başlatdığını qeyd edib. Nazir Ceyhun Bayramov bölgədə sülhün təmin olunması üçün davamlı səylərinə görə Rusiya tərəfinə təşəkkürünü bildirib.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov öz növbəsində münaqişənin həlli istiqamətində mühüm addım olan bu bəyanatın imzalanması ilə əlaqədar məmnunluğunu ifadə edib. O, tərəflərin bu qərarının bölgədə dayanıqlı sülhün təmin olunması baxımından yüksək əhəmiyyət kəsb etdiyini bildirib.

10 noyabr 2020
GO BACK