Rusiya sülhməramlılarının olduğu onuncu İl-76 təyyarəsi Ulyanovskdan Dağlıq Qarabağa yola düşüb.
Bu barədə ITAR TASS Rusiyanın Müdafiə Nazirliyinə istinadən məlumat verib.
Bildirilib ki, təyyarədə sülhməramlı hissələrin şəxsi heyəti, hərbi zirehli personal var.
Qeyd edilib ki, Rusiyanın Müdafiə Nazirliyi Dağlıq Qarabağ münaqişəsi zonasında 1960 hərbi qulluqçu, 90 zirehli hərbi vasitə, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingent yerləşdirəcək.