Müdafiə Nazirliyi Şuşa şəhərinin işğaldan azad olunduğunu göstərən video yayıb. Həmin videoda Şuşa şəhərində bir dövlət binasında Azərbaycan bayrağının dalğalandığı görünür.
Bəs həmin dövlət binası hansıdır?
Qadin.Net bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, həmin bina Şuşa Rayon İcra Hakimiyyətinin inzibati binasıdır.
Qeyd edək ki, 2014-cü ilin avqustunda çəkilən aşağıdakı şəkildə həmin binanın üzərində erməni bayrağı ucaldılırdı. İndi isə Azərbaycanın üçrəngli bayrağı...