Koronavirus pandemiyası səhiyyə sferasında adi fövqəladə vəziyyət olmaqdan çıxıb.
Qadin.Net bildirir ki, TASS-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreisus bəyan edib.
“Biz fövqəladə vəziyyətdə insanları qorumağa borcluyuq, lakin COVID-19 pandemiyası artıq fövqəladə vəziyyət olmaqdan çıxıb”, - deyə o bildirib.
O, həmçinin vurğulayıb ki, pandemiya dünyadakı digər xəstəliklərlə - Qabon və Toqoda “sarı qızdırma”, Çadda “çikungunya qızdırması”, Meksikada “qızılca” ilə mübarizəyə mənfi təsir göstərir.