Qadin.NET / Ermənistan silahlı qüvvələrinin Ağdamı atəşə tutması nəticəsində bir nəfər mülki şəxs yaralanıb - RƏSMİ

Ermənistan silahlı qüvvələrinin Ağdamı atəşə tutması nəticəsində bir nəfər mülki şəxs yaralanıb - RƏSMİ

Xəbər verildiyi kimi, 08.11.2020-ci il tarixdə düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulmuşdur.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 20 radələrində Ağdam rayonu, Orta Qərvənd kəndinin ərazisinə mərmi düşməsi nəticəsində 1967-ci il təvəllüdlü Bədəlov Muxtar Əli oğlu xəsarət almışdır.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

8 noyabr 2020
GO BACK