Qadin.NET / Dünyaca məşhur fotoqraf Füzulidə: “Bu bir tarix dərsidir”

Dünyaca məşhur fotoqraf Füzulidə: “Bu bir tarix dərsidir”

Dünyaca məşhur fotoqraf Reza Deqati işğaldan azad edilmiş Füzuli şəhərində çəkilmiş görüntüləri təqdim edib.
Bu barədə fotoqraf “Instagram” hesabında paylaşım edib.
Vaxtı ilə Füzuli şəhərini tərk etməyə məcbur edilmiş azərbaycanlıların danışdıqlarını xatırlayan fotoqraf bu əhvalatları heç vaxt unutmayacağını qeyd edib.
Reza Deqati qeyd edib ki, dinc əhali şəhəri tərk edərkən avtobuslara özləri ilə götürə biləcəkləri bir sıra kiçik əşyaları da götürüb. Lakin yolda erməni quldurlar onları qarət edib, qadınların zinət əşyalarını alıb, müqavimət göstərən kişiləri güllələyib, sağ qalanlardan isə ayaqqabılarını çıxarmalarını tələb ediblər. Ermənilər havaya atəş açaraq onlardan ayaqyalın qaçmalarını istəyiblər.
“Bu avtobusun görüntüsü həmin xatirələrdə əks-səda verdi. Bu hekayələri mən dəfələrlə qaçqın və məcburi köçkünlərdən eşitmişəm. Bu gün demək olar ki, eyni yerdə məni bu hekayələr haqqında düşünməyə vadar edən avtobusları tapdım. Sonra isə yerdə çox güman ki, ermənilərin atıb qaçdığı ayaqqabı və paltarları gördüm. Bu bir tarix dərsidir, özünüzə rəva bilmədiyinizi, başqasına etməyin”, - deyə fotoqraf bildirib.

8 noyabr 2020
GO BACK