İşğaldan azad olunmuş Zəngilan rayonu ərazisində daha beş sərhəd zastavası rəsmən fəaliyyətə başlayıb.
Qadin.Net bildirir ki, İranla sərhəddə Məmmədbəyli, Muğanlı, Tiri, Mincevan və Şərifan zastavalarında Azərbaycanın dövlət bayrağı qaldırılıb və bu zastavalar xidməti döyüş fəaliyyətinə başlayıb.
İşğaldan azad olunmuş ərazilərdə İranla sərhəd hissəsində 14 sərhəd zastavasından artıq 11-i fəaliyyətdədir.