“Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Respublikasının Xarkovdakı Fəxri Konsulluğunun binasının atəşə tutulmasını pisləyir və günahkarların məsuliyyətə cəlb olunacağını qeyd edir”.
Bunu Ukrayna XİN-in mətbuat katibi Katerina Zelenko deyib.
“Azərbaycan Respublikasının Xarkovdakı Fəxri Konsulluğunun binalarının naməlum şəxslər tərəfindən atəşə tutulmasını kəskin şəkildə pisləyirik. Hüquq mühafizə orqanları artıq lazımi istintaq hərəkətlərinə başlayıblar”, - Zelenko bildirib.
XİN hadisəni törədənlərin tapılaraq ədalət təslim edilməli olduğunu vurğulayıb.