Erməni silahlıları Tərtərdə yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.
Qadin.Net Baku TV-yə istinadən xəbər verir ki, Tərtərin cəbhəyanı kəndinə düşən mərmi ərazidə yanğına səbəb olub.
Kənd sakinlərinin sözlərinə görə, mərminin yaratdığı yanğın nəticəsində, ot tayaları, tövlələr tamamilə yararsız hala düşüb, xeyli sayda mal-qara isə yanıb.