ABŞ-da şəhərə itin mer seçilməsi ilk hadisə deyil; bu ənənə 1998-ci ildən davam edir.
Kentukki ştatının Rebbit-Haş şəhərinə yeni mer seçilib. Şəhərin yeni başçısı Uilbur Bist ləqəbli fransız buldoq təyin olunub.
Bu barədə şəhərin “Facebook” hesabında qeyd edilir.
Seçkilərdə Bist rekord - 13 143 səs yığıb. Bu, şəhərin bütün tarixi boyu ən yüksək etibarlılıq göstəricisidir. Onunla birgə bu post üçün Cek Krolik ləqəbli biql və Poppi ləqəbli qızılı retriver cinsindən olan itlər mübarizə aparıb.
Rebbit-Haş meri real gücə sahib deyil və ictimai həyatda heç bir təsiri yoxdur. Seçkilər şəhərin abadlaşdırılmasına vəsait toplamaq üçün keçirilir. Onlara qatılmaq üçün bir dollar ödəmək lazımdır və bir neçə dəfə səs vermək mümkündür.