Qadin.NET / Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib - RƏSMİ

Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib - RƏSMİ

 Noyabrın 6-sı gün ərzində və 7-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat verib.
Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib

7 noyabr 2020
GO BACK