Qadin.NET / Erməni ordusu onların ümidinə qalıb...

Erməni ordusu onların ümidinə qalıb...

 Azərbaycan ordusu qarşısında döyüş meydanında duruş gətirə bilməyən və darmadağın olan Ermənistan silahlı qüvvələri qocaların ümidinə qalıb.
Qadin.Net Qafqazinfo-ya istinadən xəbər verir ki, sentyabrın 27-dən bəri Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı həyata keçirdiyi uğurlu döyüş əməliyyatları və dəqiq atəş zərbələri nəticəsində Ermənistan ordusunda xaos, kütləvi fərarilik və özbaşınalıq hökm sürür.

Könüllülər və düşmənin ordu bölmələrinin şəxsi heyəti arasında mübahisələr, bir-birinə qarşı silah tətbiq etmək, döyüşə girməkdən imtina, əmr olmadan mövqelərdən geri çəkilmə və kütləvi fərarilik baş alıb gedir.

Bəzən könüllülərlə müqaviləli hərbi qulluqçular arasında baş verən mübahisə silahlı qarşıdurma ilə nəticələnir. Hərbi prokurorluq əməkdaşları döyüşə getməkdən imtina edən hərbçiləri həbslə hədələyərək, onları istənilən döyüş tapşırığını yerinə yetirmələri barədə iltizam imzalamağa məcbur ediblər.

Artıq dağılmış ordu ahıl yaşlı kişilərin ümidinə qalıb və bu gün Ermənistan hakimiyyəti əlacsız qalaraq, ölüm ayağında olan qocaları döyüş meydanına göndərməklə vaxt qazanmağa çalışır.

6 noyabr 2020
GO BACK