Qadin.NET / Hikmət Hacıyevdən “Sərhədsiz Reportyorlar”a və ATƏT-ə çağırış

Hikmət Hacıyevdən “Sərhədsiz Reportyorlar”a və ATƏT-ə çağırış

 “Hazırda İtaliyanın “La Republica” nəşrinin jurnalisti Pitro Del Re erməni lobbisinin təhqiramiz hücumlarına məruz qalır. TF1 və “The New York Times”ın erməni lobbisi tərəfindən fiziki olaraq təhdid olunan jurnalistləri ilə də eyni hal baş verib. Müstəqil mətbuata və ifadə azadlığına qarşı bu cür hücumları qəti şəkildə qınayırıq”.

Bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.
“Biz “Sərhədsiz Reportyorlar”ı və ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsini Ermənistan-Azərbaycan münaqişəsinin obyektiv reallıqlarını işıqlandıran peşəkar jurnalistlərə-mediaya qarşı fiziki-şifahi təhdid və təhqiramiz fərdi hücumları qınamağa çağırırıq. İfadə azadlığına hörmət edilməlidir”, - deyə H.Hacıyev bildirib.

2/We call @RSF_inter and @OSCE_RFoM to condemn and deplore physical/verbal threats/ abusive personal attacks against professional journalists/media who covered objective realities of Armenia-Azerbaijan conflict. Freedom of expression must be respected. @TF1 @nytimes @repubblica https://t.co/wUPWLVVr60

— Hikmet Hajiyev (@HikmetHajiyev) November 5, 2020

5 noyabr 2020
GO BACK