Düşmən təcavüzü nəticəsində Azərbaycanın verdiyi mülki itkilər açıqlandı - RƏSMİ
Düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır artilleriyadan atəşə tutması nəticəsində 92 nəfər həlak olub, 404 nəfər yaralanıb.
Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, işğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 2971 yaşayış evi yararsız vəziyyətə düşüb.
Həmçinin, 502 mülki obyekt, 100 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb.