Qadin.NET / Gürcüstanda 24 saat ərzində üçüncü zəlzələ

Gürcüstanda 24 saat ərzində üçüncü zəlzələ

Gürcüstanda 24 saat ərzində üçüncü zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Oni şəhərinin doqquz kilometr cənubunda baş verib.
Bu barədə “Vesti Kavkaza” Gürcüstan Seysmik Monitorinq Mərkəzinə istinadən xəbər yayıb.
Məlumata görə, 3,5 bal gücündə olan sonuncu zəlzələnin episentri 12 km dərinlikdə olub.
Bundan əvvəlki təkanlar Oniyə 10 km məsafədə yerləşən Saçxere (İmereti regionu) şəhərində qeydə alınmışdı. 3,5 bal gücündə olan zəlzələnin episentri 5 km dərinlikdə idi.
Xatırladaq ki, dünən İmişlidə də maqnitudası 4,2 olan zəlzələ baş verib. Zəlzələ episentrdə 4, ətraf Saatlı və Sabirabad rayonunda isə 3-4 bal gücündə hiss olunub

5 noyabr 2020
GO BACK