Liftdən sizdən əvvəl koronavirusa yoluxmuş şəxs istifadə edibsə, sizin də xəstələnmə ehtimalınız var.
Qadin.Net bildirir ki, “Radio1”in məlumatına görə, bu barədə “Rospotrebnadzor”dan (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) xəbərdarlıq edilib.
Bildirilir ki, Portland Universitetinin alimləri koronavirusun lift vasitəsilə yayılmasını simulyasiya ediblər. Məlum olub ki, xəstə 10-cu mərtəbəyə getsə və növbəti sərnişin lifti birinci mərtəbəyə çağırsa, qapılar açılıb-bağlananda belə virusların təxminən 25 faizi havada qalır. Yəni növbəti sərnişin təhlükəli liftə minəcək.
Üstəlik, xəstənin nəfəsindəki viruslu aerozol düymələrin və liftin digər səthlərinin üzərinə yığılacaq. Buna görə də virusdan qorunmaq üçün yalnız maskalı halda liftə minməli və düymələr salfetin köməyi ilə basılmalıdır.
Qeyd edək ki, koronavirusa yoluxmaq üçün ən gözlənilməz yerlər siyahısında liftdən əlavə, metrolar, o cümlədən eskalator və köhnə qatarların vaqonlarını da göstərilib.