Avropa Şurası Platformasının fransalı jurnalistin ermənilər tərəfindən təhqir olunması ilə bağlı MƏRUZƏSİ
Jurnalizmin Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyi üzrə Avropa Şurası Platforması Fransa televiziya kanalı TF1-in müxbiri Liseron Budulun 22 oktyabrda Dağlıq Qarabağdakı vəziyyətlə bağlı reportaj yayımladıqdan sonra sosial şəbəkələrdə təhqir olunmasına dair məruzə hazırlayıb.
Məruzədə deyilir:
“Reportajda cəbhənin Azərbaycan tərəfindəki gündəlik həyatı göstərilib. Axşam bülletenində yayımlandıqdan qısa müddət sonra Budul bir neçə gün davam edən nifrət və təhqir axını ilə üzləşib.
Şərhlərdən birində o, “soyqırım fahişəsi” adlandırılıb. Şəxsi telefon nömrəsini almağa müvəffəq olan bir nəfərdən “WhatsApp”da bir mesaj da alıb. TF1-ə gələn elektron ünvanları, telefon zəngləri və sosial mediadakı mesajlarla da təqib olunub.
Bir “Facebook” şərhində deyilir: “TF1-in yüksək səviyyəli işçilərinin bir neçəsinin başını kəsməklə daha yaxşı və daha aydın düşünmələri mümkündür”.
23 oktyabrda erməni icmasının 300 üzvü TF1-in Parisdəki mənzil-qərargahının qarşısında telekanalın qərəzli yayımları kimi qəbul etdiklərinə etiraz olaraq nümayiş keçirib. Kanal hesabatı veb saytından çıxarmaq qərarına gəlib”.