Qadin.NET / Separatçı rejimin “hökuməti” İrəvana qaçdı

Separatçı rejimin “hökuməti” İrəvana qaçdı

 Qarabağdakı separatçı rejimin “rəhbəri” Araik Arutunyanın adından “hökuməti”nin İrəvana köçürülməsi ilə bağlı vətəndaşlarına müraciət olunub.

“Facebook” hesabında qeyd olunub ki, bundan sonra sosial və inzibati xidmətləri (sosial ödəmələrin qəbulu, sənədlərin qeydiyyatı və digər xidmətlər).

Bildirilib ki, bütün bu xidmətlər bundan sonra Ermənistanın paytaxtı İrəvandakı Operativ Qərargahda görüləcək.

Bütün bunlar onu göstərir ki, artıq ermənilərin özlərinin yaratdığı qondarma respublika Ordumuzun uğurlu əməliyyatları nəticəsində öz işini Dağlıq Qarabağın mərkəzi şəhəri Xankəndidə icra etmək əzmində deyil.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə mətbuatı Araik Arutyunyanın avtomobil kortejinin Azərbaycan Ordusu tərəfindən vurulduğunu açıqlayıb. Məlum paylaşımda isə Arutyunyan görünmür.

4 noyabr 2020
GO BACK