ABŞ-ın Şimali Dakota ştatında COVID-19-dan vəfat edən respublikaçı namizəd konqresə seçkilərdə qalib gəlib.
Qadin.Net bildirir ki, bu barədə “Associated Press” xəbər yayıb.
Bildirilir ki, 55 yaşlı David Andal oktyabr ayında koronavirus infeksiyası ağırlaşmalarına görə xəstəxanaya yerləşdirilib və orada vəfat edib. O, səslərin təxminən 35 faizini toplayıb və bununla da qanunverici orqanda yer qazanıb