Qadin.NET / Ermənistan prezidentinin daha bir yalanı ifşa edildi

Ermənistan prezidentinin daha bir yalanı ifşa edildi

Ermənistan Prezidenti Armen Sarkisyan Rusyanın RBK telekanalına müsahibəsində həqiqətləri təhrif edib.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva özünün “Twitter” hesabından bildirib.
O qeyd edib ki, Armen Sarkisyan Dağlıq Qarabağ Muxtar Vilayətinin tarixi, demoqrafiyası, iqtisadi vəziyyəti barədə yalan danışıb.

“Onun sözlərinə görə, 1980-ci illərin sonunda Azərbaycanı bir milyondan çox erməni tərk edib. Fakt: 1989-cu il siyahıyaalınmasına görə ölkədə 390.505 erməni olub”, - deyə Leyla Abdullayeva vurğulayıb.

#Armenia’s President distorted facts in interview to @ru_rbc tv. He lied on history, demography, economic status of #NagornoKarabakh Autonomous Oblast. He said more than 1 mln Armenians left #Azerbaijan in late 1980’s.❗️Fact: there were 390.505 Armenians according to 1989 census.

— Leyla Abdullayeva (@LAbdullayevaMFA) November 4, 2020

4 noyabr 2020
GO BACK